Son günlər ölkə ərazisində müşahidə
edilən yağmurlu hava şəraiti Bakı və Abşeron yarmadasında sürüşmə
sahələrinin aktivləşməsinə səbəb olub.
Bu barədə
XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji
Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq
Həsənov deyib.
Nazirlik rəsmisi bildirib ki, Bakı və Abşeron yarmadasının lokal sürüşmə sahələrində monitorinq aparılıb və ərazi təhlil edilib.
"Monitorinq zamanı ciddi hala rastlaşmamışıq. Yağışların təsirindən yeni
sürüşmə sahələrinin yaranması hadisəsi olmayıb. Bunlar mütəmadi
yağışlar deyil. Ola bilsin ki, fəsadlar sonra görünə bilər. Lakin
sürüşmə sahələrində - Zığda, Suraxanı rayonu, Abşeron rayonun Nübar qəsəbəsində, Masazır qəsəbəsinin Zəligölü deyilən ərazilərində nisbi aktivlik nəzərə çarpır”.