Xəzər Xəbər

DTX rəisi: Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır

Gündəm | 13:08 • 24 Sentyabr 2017
DTX rəisi:

Azərbaycanda müvafiq qurumlarla birgə planlı şəkildə işlər aparılır ki, azərbaycanlı gənclər səhv yollara uyub getməsinlər.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan sivil dövlətdir, böyük sürətlə və tərəqqi ilə inkişaf edən dövlətdir: "Xalqımız möhtərəm Prezident ətrafında sıx birləşib, idman, mədəniyyət, incəsənət artıq Azərbaycanı bütün dünyada tanıtdırır. Belə bir dövlətdə gedib qara-qara işlərlə məşğul olmaq təbii ki, yaxşı hal deyil"./trend

Xəbər lenti