Xəzər Xəbər

Boş qalan yerlərə qeydiyyat başladı

Gündəm | 10:15 • 22 Avqust 2017
Boş qalan yerlərə qeydiyyat başladı

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti