Bu gündən ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
XəzərXəbər-in
məlumatına görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan
plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili
müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə
bilərlər.
Bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma
faizi 85.37 olub. I mərhələnin nəticəsinə əsasən, 6242 (14,63%) yer boş
qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3663
(10.06 %), özəl ali təhsil müəssisələrində isə 2579-dur (41.30%)
Həmçinin, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan
ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı
şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu,
Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent” satış
köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya
www.abiturient.az saytından sifariş etmək olar.