Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 15-dən etibarən qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq.