Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lapponu qəbul edib.
Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxtımıza budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü dedi. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq dedi: "Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam və o illəri xoş təəssüratla xatırlayıram”.