2 saylı "ASAN Kommunal” mərkəzində notariat xidmətləri göstərilir.
ASAN-dan
XəzərXəbər-ə verilən məlumata görə, artıq vətəndaşlar 2 saylı "ASAN Kommunal”
mərkəzinə müraciət edərək Ədliyyə Nazirliyinin notariat xidmətlərindən
də yararlana bilərlər.
Xidmətlərin "ASAN xidmət” mərkəzləri ilə yanaşı, 2 saylı "ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı
Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı
müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə
yaranmasıdır. Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və
nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən
əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
Eyni zamanda, vətəndaşlar 2 saylı "ASAN Kommunal” mərkəzinə müraciət
edərək, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və
dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,
həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də
yararlana bilərlər.
Qeyd edək ki, "ASAN Kommunal” mərkəzlərində vətəndaşlara "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB-nin 45 növ xidməti təqdim olunur.