Xəzər Xəbər

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib - FOTOLAR

Gündəm | 14:39 • 22 İyul 2017
İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib -

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin "Peykan” və "Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Qazaxıstan” və "Sarıarka” raket-artilleriya, eləcə də "Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Xəbər lenti