Yerli vaxtla saat 23:40-da Xəzər dənizində zəlzələ qeydə alıb.
Bu barədə xezerxeber.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3,1 bal gücündə baş verən zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.