Xəzər Xəbər

Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verildi

Gündəm | 14:25 • 25 Aprel 2017
Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verildi
Azərbaycana gözün buynuz qişasının gətirilməsi mümkün olacaq. 


Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verilir. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti