Xəzər Xəbər

Rusiya Ukraynaya hava zərbələri endirib - 8 nəfər həlak olub, 25 yaralı var FOTO

Dünya | 12:16 • 19 Aprel 2024
Rusiya Ukraynaya hava zərbələri endirib - 8 nəfər həlak olub, 25 yaralı var

Aprelin 19-na keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinə raket zərbəsi endirib. 

Xezerxeber.az xəbər verir ki, Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın raket hücumu nəticəsində ikisi azyaşlı uşaq olmaqla 8 nəfər ölüb, 25-i yaralanıb.

Hava hücumundan müdafiə qüvvələri 16 raketdən 11-ni və 10 “Şahed” kamikadze dronundan 9-nu məhv edə bilib.

Dnepr şəhərinin mərkəzində çoxmərtəbəli bina da vurulub. Orada yanğın baş verib, iki infrastruktur obyektinə ziyan dəyib. Dəmiryolu vağzalı yanındakı bina da hava hücumu nəticəsində dağılıb. Şəhərdəki dəmir yolu vağzalı fəaliyyətini dayandırıb.

Krivoy Roq şəhər infrastrukturu obyektinə ziyan dəyib və yanğın baş verib, 3 nəfər yaralanıb. Sinelnikovski rayonunda isə 10-dan çox fərdi ev zədələnib, ikisi azyaşlı uşaq olmaqla 6 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Xəbər lenti