Xəzər Xəbər

Ukraynanın Çerniqov şəhərinə raket hücumu olub, 9 nəfər həlak olub YENİLƏNİB

Dünya | 12:36 • 17 Aprel 2024
Ukraynanın Çerniqov şəhərinə raket hücumu olub, 9 nəfər həlak olub

Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölü sayı 9-a çatıb.

Xezerxeber.az "Unian"a istinadən xəbər verir ki, hadisə zamanı 20-dən çox insan da xəsarət alıb

Məlumata görə, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar

11:34

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərinə raket hücumu edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında yazıb.

“Ölənlər və çoxlu yaralılar var”, - deyə o qeyd edib.

Məlumata görə, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar və raket hücumu nəticəsində azı 4 nəfər həlak olub. Yaralıların sayı hələlik məlum deyil.

Xəbər lenti