Xəzər Xəbər

Qəzzada xeyriyyə təşkilatının yeddi üzvü həlak olub

Dünya | 15:45 • 2 Aprel 2024
Qəzzada xeyriyyə təşkilatının yeddi üzvü həlak olub

Qəzza zolağında insanlara qida yardımı edən "World Central Kitchen" xeyriyyə təşkilatının azı yeddi könüllüsü Qəzzaya endirilən hava zərbəsi nəticəsində həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə "World Central Kitchen" xeyriyyə təşkilatı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında Britaniya, Polşa, Avstraliya vətəndaşları, həmçinin ABŞ-Kanadanın ikili vətəndaşlığı olan şəxs və bir fələstinli var.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron rəsmi Londonun Qəzzada nə baş verdiyini öyrənmək üçün çalışdığını söyləyib.

İsrail ordusunun sözçüsü Daniel Haqari xeyriyyə təşkilatı işçilərinin öldürülməsinə görə başsağlığı verib və hadisənin araşdırıldığını bildirib.

Xəbər lenti

Çox oxunanlar