Xəzər Xəbər

Moldova MDB-dən çıxır?

Dünya | 15:51 • 2 Aprel 2024
Moldova MDB-dən çıxır?

Moldova MDB çərçivəsində imzalanmış sazişlərin hamısından çıxmağı planlaşdırmır, çünki bu, respublika vətəndaşları üçün problemlər yaradacaq.

Xezerxeber.az xəbər verir ki, Moldova parlamentinin və hakim partiyanın sədri İqor Qrosu bunu yerli radioya müsahibəsində deyib.

Onun sözlərinə görə, yalnız vaxtı keçən və istifadə olunmayan müqavilələr denonsasiya olunacaq.

Moldova hökumətinin məlumatına görə, Kişineu MDB çərçivəsindəki 282 sazişin 119-dan çıxmağı planlaşdırır. Nazirlər Kabineti indiyədək 50-dən çox sazişdən çıxmaq üçün prosedurları tamamlayıb və MDB-nin İcra Katibliyi onlardan 36-nın hüquqi qüvvəsinin dayandırıldığını təsdiqləyib.

Qeyd edək ki, Avropa İttifaqına inteqrasiya kursu elan edən Maya Sandunun 2020-ci ildə keçirilən prezident seçkilərində qələbəsindən sonra Moldovanın MDB-yə münasibəti dəyişməyə başlayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024