Xəzər Xəbər

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 27-ə ÇATDI

Dünya | 17:59 • 2 Aprel 2024
İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 27-ə

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 27-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

16:54

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

Son məlumata görə, hadisə zamanı 15 nəfər ölüb. Hadisədə 10-a yaxın yaralının olduğu bildirilir.

Əraziyə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib. Faktla bağlı araşdırma aparılır.

16:26

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Ən son məlumatlara görə, ölənlərin sayı 11-a çatıb. Hadisə zamanı 12 şəxsin yaralandığı da bildirilir.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğınla bağlı istintaq başladılıb.

Xəbər lenti

Çox oxunanlar