Xəzər Xəbər

Ermənistan MDB İqtisadi Şurasının iclasına nümayəndə heyəti göndərməyib FOTO

Dünya | 15:41 • 29 Mart 2024
Ermənistan MDB İqtisadi Şurasının iclasına nümayəndə heyəti göndərməyib

Martın 29-da Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. Tədbir Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilir.

Ermənistan bu dəfə də iclasa nümayəndə heyəti göndərməyib. Ermənistanı artıq ikinci dəfədir ki, ölkənin Belarusdakı səfiri Razmik Xumaryan təmsil edir.

Tədbir geniş tərkibdə iclasla davam edəcək. Daha sonra isə Beynəlxalq İqtisadi Forum keçiriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar