Xəzər Xəbər

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

Dünya | 13:53 • 27 Mart 2024
Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, Monitorinq Missiyasının rəhbəri vəzifəsinə fransalı qadın general-mayor Bettina Boughani təyin olunub.

O, martın 21-dən dekabrın 14-dək missiyasının rəhbəri vəzifəsini icra edəcək.

Bildirilir ki, B.Boughani Fransa milli jandarmının zabitidir və bundan əvvəl BMT-də, həmçinin Fransa Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar