Xəzər Xəbər

Stoltenberq Ermənistana səfər edib

Dünya | 12:30 • 19 Mart 2024
Stoltenberq Ermənistana

NATO Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib.

Xezerxeber.az "armenpress"ə istinadən xəbər verir ki, Baş katib Stoltenberqi Yerevanın “Zvartnots” hava limanında Ermənistan müdafiə nazirinin müavini və xarici işlər nazirinin müavini qarşılayıblar.

NATO Baş katibi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçatryanla görüşəcək.

Xatırladaq ki, Stoltenberq regiona üç günlük səfəri çərçivəsində Bakı və Tbilisidə görüşlər keçirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar