Xəzər Xəbər

NATO Baş katibinin xüsusi nümayəndəsi İrəvanda sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib

Dünya | 09:56 • 24 May 2023
NATO Baş katibinin xüsusi nümayəndəsi İrəvanda sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfərinin yekunları ilə bağlı paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, o, görüşlər zamanı NATO-Ermənistan əməkdaşlığının və regional təhlükəsizlik dinamikasının artırılması yolları, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyətini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, o, səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla, xarici işlər naziri Ararat Mirzoyanla və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Xatırladaq ki, Xavyer Kolomina Ermənistandan sonra Gürcüstan və Azərbyacana da səfər edəcək.

Xəbər lenti