Xəzər Xəbər

Baş nazir: Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Dünya | 09:38 • 24 May 2023
Baş nazir: Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Fumio Kişida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib: “Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”.

Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.

Xəbər lenti