Xəzər Xəbər

Yaponiya indiyədək Ukraynaya 7,6 milyard dollarlıq yardım edib

Dünya | 13:19 • 24 May 2023
Yaponiya indiyədək Ukraynaya 7,6 milyard dollarlıq yardım edib

Yaponiya hökuməti indiyə qədər Ukraynaya 7,6 milyard dollarlıq humanitar, ərzaq, maliyyə və digər yardımlar ayırıb.

Xezerxeber.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yosimaşa Hayasi yardımın həcmini i parlamentin aşağı palatasının büdcə komitəsində çıxışı zamanı açıqlayıb.

O, həmçinin ukraynalı minatəmizləmə mütəxəssislərinin hazırlanması xərclərinin də maliyyə yardımına daxil edildiyini söyləyib. Nazirin sözlərinə görə, Ukraynadan olan nümayəndə heyəti hazırda Yaponiyadadır və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, dağılmış infrastrukturun bərpası təcrübəsi ilə tanış olur.

Tokio may ayında Kiyevə 100 hərbi yük maşını və əsgərlər üçün 30 min ədəd ərzaq rasionu vermək, həmçinin yaralı ukraynalı hərbçiləri müalicəsini həyata keçirmək barədə qərar qəbul edib.

Xəbər lenti