Xəzər Xəbər

Paşinyanın partiyası müxalifətin Qarabağla bağlı bəyanat layihəsini dəstəkləməyib

Dünya | 13:33 • 16 Mart 2023
Paşinyanın partiyası müxalifətin Qarabağla bağlı bəyanat layihəsini dəstəkləməyib

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsini dəstəkləməyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, parlamentin Xarici əlaqələr komissiyasının iclaslarında “Vətəndaş müqaviləsi”nin deputatları bitərəf qalıb.

Bəyanatın ilkin mətni ötən ilin dekabrında hazırlanıb, lakin səsvermə təxirə salınıb.

Xəbər lenti