Xəzər Xəbər

Çavuşoğlu: Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını yardıma ianə edən yaşlı şəxsi unutmadıq

Dünya | 11:04 • 16 Mart 2023
Çavuşoğlu: Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını yardıma ianə edən yaşlı şəxsi unutmadıq

Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını ianə edən yaşlı şəxsi unutmadıq.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Naizrləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir zəlzələ zamanı göstərdiyi köməyə görə Azərbaycana və digər türkdilli dövlətlərə təşəkkürünü bildirib.

“Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq. Gücümüz birliyimizdədir. Türk Dövlətləri Təşkilatı hər birimizin yuxusu idi, indi reallaşdı", - deyə nazir əlavə edib.

 

Xəbər lenti