Xəzər Xəbər

Ermənistanın müdafiə naziri istefa vermək fikrində deyil

Dünya | 14:30 • 15 Mart 2023
Ermənistanın müdafiə naziri istefa vermək fikrində deyil

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verməyə hazırlaşmadığını bildirib.

 “Sputnik Armenia” xəbər yayıb ki, bu barədə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.

“Mən istefa verməyə hazırlaşmıram”, - o qeyd edib.

Papikyan əlavə edib ki, o, orduda başlanmış islahatları başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Suren Papikyanın istefa verəcəyinə dair məlumatlar yayılıb. Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunduğu deyilirdi.

Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

Xəbər lenti