Xəzər Xəbər

Rusiya Estoniya səfirini ölkədən çıxarır

Dünya | 14:05 • 23 Yanvar 2023
Rusiya Estoniya səfirini ölkədən çıxarır

Estoniya səfiri fevralın 7-də Rusiyanı tərk etməlidir.

Xezerxeber.az xəbər verir ki, yanvarın 23-də Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre XİN-ə çağırılıb.

Rusiya xarici siyasət idarəsi Estoniya hakimiyyətinin fəaliyyəti ilə bağlı qəti etirazını bildirib və səfirin fevralın 7-də ölkəni tərk etməsi tələbini irəli sürüb.

Rusiya XİN-in məlumatında deyilir ki, rəsmi Moskva Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı endirir. Estoniya Rusiya səfirliyinin əməkdaşlarının sayının azaldılması barədə qərar qəbul edib. Cavab addımı olaraq, Rusiya tərəflərin səfirlər deyil, müvəqqəti işlər vəkilləri səviyyəsində təmsil olunacaqlarını elan edib.

Xəbər lenti