Xəzər Xəbər

İranla Əfqanıstan arasında su mübahisəsi davam edir

Dünya | 13:32 • 23 Yanvar 2023
İranla Əfqanıstan arasında su mübahisəsi davam edir

Əfqanıstan müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmir Xan Muttəki İran prezidentinin xüsusi nümayəndəsi ilə görüşdə Kabilin qonşusunun su hüququna hörmətlə yanaşdığını bildirib və çatışmazlığı quraqlıqla izah edib.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstan tərəfi iki ölkə arasında imzalanan su ehtiyatları üzrə sazişə sadiq qaldıqlarını vurğulayıb və yağıntının artması ilə problemin həll olunacağına ümid etdiyini deyib.

Son 150 ildə Kabillə Tehran arasında sərhəd çaylarının suyundan istifadə edilməsi üzrə dörd saziş imzalanıb, lakin onların heç biri tam yerinə yetirilməyib. Bu səbəbdən tərəflər bir-birini üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirir.

Əfqanıstanın su resursları ildə 70 milyard kubmetr təşkil edir. Onun yalnız 20 faizi daxili ehtiyaclar üçün istifadə olunur, 80 faizi isə İran, Pakistan və Orta Asiyaya ötürülür. Kabil son dövrlərdə Hilmənd çayı üzərində bir neçə su anbarı və bənd inşa edib ki, bu da İran və Əfqanıstan arasında mübahisələrə səbəb olub.

Xəbər lenti