Xəzər Xəbər

Erməni deputat barəsində cinayət işi açıla bilər

Dünya | 14:20 • 23 Yanvar 2023
Erməni deputat barəsində cinayət işi açıla bilər

Ermənistanın Baş prokuroru Anna Vardapetyan müxalifətçi deputat Armen Çarçyanın barəsində cinayət işi açılması ilə bağlı parlamentə müraciət edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Çarçyan 2017-ci il 8 fevralında xüsusi ağır cinayət işi ilə bağlı məhkəmə-tibbi ekspertizasının saxta rəyinə imza atmaqda ittiham olunub.

Paralel olaraq, parlamentin spikeri Alen Simonyan 22 müxalif deputatın mandatının ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməyəcəyini vurğulayıb.

O, bu addımı müxalif deputatların parlamentin iclaslarında iştirakını bərpa etməsi ilə əlaqələndirib.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023