Xəzər Xəbər

Ukraynadan Avropaya gələn qaçqınların sayı açıqlanıb

Dünya | 09:30 • 8 Dekabr 2022
Ukraynadan Avropaya gələn qaçqınların sayı açıqlanıb

Fevralın 24-dən hərbi əməliyyatının başlanmasından dekabrın 6-dək Ukraynadan Avropaya ümumilikdə 7 milyon 832 min 493 qaçqın gəlib.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib – 2 milyon 852 min 395. Sonrakı yerlərdə Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Bolqarıstan, Fransa və Slovakiya yer alıb.

Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 16 milyon 87 min 565 nəfər gəlib. Eyni zamanda 8 milyon 309 min 718 nəfər sərhədi əks istiqamətdə keçib.

Xəbər lenti