Xəzər Xəbər

İsveç terrorçuluqda şübhəli bilinən iki şəxsin Türkiyəyə ekstradisiyasından imtina edib

Dünya | 10:46 • 8 Dekabr 2022
İsveç terrorçuluqda şübhəli bilinən iki şəxsin Türkiyəyə ekstradisiyasından imtina edib

İsveçin Krallığının Baş prokuroru terror fəaliyyətində şübhəli bilinən iki şəxsin Türkiyəyə ekstradisiyasına dair müraciətə rədd cavabı verib.

AZƏRTAC xəbər verir ki, bu qərar İsveçin NATO-ya daxil olması yolunda yeni maneəyə çevrilə bilər. Belə ki, alyansa daxil olmaq yolunda lazımi razılığı vermək üçün Türkiyə Krallığın ərazisində gizlənən bir sıra cinayətkarların və terrorçuların ekstradisiya olunmasını tələb edib.

Türkiyə prokurorluğu sözügedən bu iki şəxsi FETÖ terror hərəkatı ilə əlaqədə ittiham edir. Bu təşkilat digər cinayətlərlə yanaşı, Türkiyədə 2016-cı ildə çevriliş cəhdinin təşkilində ittiham olunur.

Bununla belə, İsveç Baş Prokurorluğu ekstradisiyası tələb olunan iki şəxsin hərəkətlərində ölkənin qanunvericiliyinə əsasən cinayət tərkibi aşkar etməyib. Məhz bu səbəbdən onların ekstradisiyasına rədd cavabı verilib.

Qeyd edək ki, ilkin olaraq Türkiyə hüquq-mühafizə orqanları İsveç və Finlandiyada yaşayan və vətənlərində terror fəaliyyətində şübhəli bilinən 33 nəfərin ekstradisiyasını tələb etmişdi. Bu siyahıdan 21 nəfər İsveçdə yaşayır, sözügedən şəxslərin hamısı bu və ya digər şəkildə PKK və FETÖ terror təşkilatlarının fəaliyyəti ilə bağlıdır.

Xəbər lenti