Peru parlamenti daha əvvəl qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib.
Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Pedro Kastilyo ölkə polisi tərəfindən saxlanılıb.
Birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək.