Xəzər Xəbər

Ukraynanın diplomatik nümayəndəliklərinə 31 dəfə şübhəli bağlama göndərilib

Dünya | 16:16 • 7 Dekabr 2022
Ukraynanın diplomatik nümayəndəliklərinə 31 dəfə şübhəli bağlama göndərilib

Son günlərdə Ukraynanın 15 ölkədəki diplomatik nümayəndəliyinə 31 dəfə şübhəli bağlama göndərilib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Facebook" hesabındakı paylaşımında qeyd edib. 

"Diplomatlarımıza qarşı təhdid davam edir. Son 2 gün ərzində İtaliya, Polşa, Portuqaliya Rumıniya və Danimarkadakı səfirliyimizə, həmçinin Qdanskdakı konsulluğumuza şübhəli bağlamalar göndərilib. Ümumilikdə, 15 ölkədə 31 belə hal baş verib", - deyə XİN başçısı qeyd edib.

O, şübhəli bağlamaların eyni zamanda Avstriya, Vatikan, Macarıstan, İspaniya, Qazaxıstan, Niderland, ABŞ, Fransa, Xorvatiya və Çexiyadakı Ukrayna diplomatik nümayəndəliklərinə göndərdiyi bildirilib.

Kuleba bütün bağlamaların üzərində göndərən tərəf kimi eyni ünvanın - Almaniyanın Sindelfigen şəhərindəki Tesla dilerliyinin qeyd edildiyini bildirib. (APA)

Xəbər lenti

Çox oxunanlar