Xəzər Xəbər

İtaliya sahillərində miqrantları daşıyan daha bir qayıq batıb

Dünya | 09:29 • 6 Dekabr 2022
İtaliya sahillərində miqrantları daşıyan daha bir qayıq batıb

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan daha bir qayıq batıb.

Altı metr uzunluğundakı qayığın batması nəticəsində ikisi uşaq olmaqla 4 nəfər itkin düşüb. İtaliyanın sahil mühafizəsi xidmətinin əməkdaşları üçü qadın olmaqla 32 nəfəri xilas edib.

Xatırladaq ki, dekabrın 3-də də Lampeduza sahillərində qayığın batması nəticəsində 40 miqrant xilas edilmiş, üç nəfər isə itkin düşmüşdü.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən dekabrın 2-dək dəniz yolu İtaliyaya 94 min 606 qeyri-qanuni miqrant gəlib.

Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsində yerləşən Lampeduza adası son illərdə Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İtaliya, xüsusilə Yaxın Şərqdən gələn mühacirlərin dəniz yolu ilə Avropaya çatmaq üçün istifadə etdiyi ölkələrdən biridir.

Xəbər lenti