Xəzər Xəbər

Sanna Marin: Avropa yetərincə güclü deyil

Dünya | 13:53 • 2 Dekabr 2022
Sanna Marin: Avropa yetərincə güclü deyil

Ukraynadakı münaqişə ilə bağlı vəziyyət göstərdi ki, Avropa təkbaşına, ABŞ-nin köməyi olmadan kifayət qədər güclü deyil.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri Finlandiyanın Baş naziri Sanna Marin Sidneydəki Lou İnstitutunda çıxışı zamanı səsləndirib.

"Açıq və tam səmimi deyirəm: Avropa hazırda kifayət qədər güclü deyil. ABŞ-nin Ukraynadakı müharibədə iştirakı olmasaydı, biz çətin vəziyyətə düşərdik", - deyə Sanna Marin bildirib.

Finlandiyanın baş naziri ABŞ-nin iştirakı dedikdə, Ukraynaya göstərilən hərbi, maliyyə və humanitar yardımı nəzərdə tutduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropanın müdafiə və müdafiə sənayesi baxımından imkanları inkişaf etdirilməlidir.

Baş nazir xüsusi qeyd edib ki, Çin münaqişənin dayandırılmasında “vacib rol” oynaya bilər, lakin Avropa onun köməyinə arxalana bilməz, əksinə, öz gücünə güvənməlidir.

Xəbər lenti

Çox oxunanlar