Xəzər Xəbər

London polisi 100 telefon fırıldaqçısını həbs edib

Dünya | 12:44 • 24 Noyabr 2022
London polisi 100 telefon fırıldaqçısını həbs edib

London polisi telefon fırıldaqçılığı ilə bağlı geniş təhqiqat çərçivəsində 100 nəfəri həbs edib.

“The Guardian” qəzeti yazır ki, “Scotland Yard”ın məlumatına görə, telefon fırıldaqçıları krallığın 200 mindən çox sakininə zəng edərək onların ümumilikdə 50 milyon funt-sterlinq (57 milyon dollar) vəsaitinə yiyələnib.

Kiber cinayətkarlıqla mübarizə bölməsi fırıldaqçıların 2020-ci ildən bəri şəxsiyyətlərini saxtalaşdıraraq özlərini bank, polis və ya dövlət işçisi kimi təqdim etmək üçün istifadə etdiyi “iSpoof” saytını bloklayıb. Son altı ay ərzində bu sayt vasitəsilə təxminən 10 milyon zəngin edildiyi məlum olub.

London polisi 2021-ci ilin yayında başlayan istintaqı ABŞ-ın hakimiyyət orqanlarının köməyi ilə aparıb.

Böyük Britaniyanın Ofcom media tənzimləyicisinin qiymətləndirməsinə görə, 2022-ci ilin iyun-avqust aylarında krallığın təxminən 700 min sakini telefon fırıldaqçılarından şikayət edib.

Xəbər lenti