Xəzər Xəbər

Vəba bu ölkəni cənginə aldı

Dünya | 18:58 • 28 Sentyabr 2022
Vəba bu ölkəni cənginə aldı

Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 149-a yüksəlib.

Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yanvar ayından bəri epidemiya paytaxt Abuca ilə yanaşı, 30 ştatda yayılıb.

Açıqlamada qeyd edilib ki, sözügedən tarixdən bu günədək 5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı 149-a çatıb.

Qeyd edək ki, ötən il bu ölkədə vəbadan 1174 nəfər həyatını itirib./publika.az

Xəbər lenti