Xəzər Xəbər

Uşaqlar üçün yeni vaksinin tətbiqinə icazə verilə bilər

Dünya | 14:24 • 27 Sentyabr 2022
Uşaqlar üçün yeni vaksinin tətbiqinə icazə verilə bilər

“Pfizer” və “BioNtech” şirkətləri ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinə müraciət ediblər.

Bu şirkətlər koronavirusun “omikron” variantına qarşı mübarizə məqsədilə 5-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni vaksinin təcili tətbiqinə icazə verilməsini xahiş ediblər. “Moderna” şirkəti həm də 6 yaşlı uşaqlar üçün COVID-19-a qarşı yenilənmiş “buster”dən təcili istifadə olunmasına icazə istəyib.

“Moderna” şirkətinin tviter səhifəsində dərc edilmiş xəbərdə bildirilir ki, yeni vaksin 6-11 yaş və 12-17 yaş arası uşaqlar üçün nəzərdə tutulur. Hazırda “Moderna” şirkətinin “buster”i yalnız yaşlılar üçün əlçatandır.

“Pfizer” şirkəti bildirib ki, onun “buster”indən təcili istifadə edilməsi üçün müraciəti daha əvvəlki vaksinlərin təhlükəsizliyi və effektivliyi üzrə sınaqların nəticələrinə və yeni vaksinin klinikadan əvvəlki tətbiqi barədə məlumatlara əsaslanır. Bu şirkət yeni vaksinin 6 aylıqdan 11 yaşa qədər uşaqlar arasında təhlükəsizliyi, ona dözümlülük və effektivlik barədə tədqiqatlar aparmağa başlayıb.

ABŞ-ın Qida Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi avqust ayında 12 yaş və daha böyük şəxslər üçün 30 mkq “buster” dozasının təsdiq edib. O vaxt idarə yaşlılar üçün “Moderna” vaksininin yenilənmiş variantını da bəyənib. Vaksinlər COVID-19-a qarşı sonuncu vaksin dozasından ən azı iki ay sonra tətbiq edilmək üçün bəyənilib.

Xəbər lenti

Çox oxunanlar