Xəzər Xəbər

Kişi abortdan imtina edən arvadının başına oyun açdı: Uşaq öldü

Hamilə qadının bətnindəki körpə ölüb
Dünya | 10:27 • 20 Avqust 2022
Kişi abortdan imtina edən arvadının başına oyun açdı: Uşaq öldü
Kişi abortdan imtina edən hamilə arvadını qaz balonu ilə yandırıb.
 
Livanda bir kişi hamilə arvadından abort etdirməsini istəyib. 
 
Körpəsini abort etmək istəməyən 21 yaşlı Hana Mohammed Khodor ərinin istəyini rədd edib. Bundan hiddətlənən kişi 5 ay yarımlıq hamilə arvadını qaz balonu ilə yandırıb. 
 
Livandakı Əl Salam xəstəxanasına aparılan qadına tibbi yardım göstərilib. 
 
Həkim bildirib ki, hamilə qadının bətnindəki körpə bu hadisədən sonra ölüb:
 
"Uşaq ananın bətnində ölüb. Cəsədini çıxarmaq üçün onu əməliyyat etməli olduq. Onun sağ qalma şansı çox az idi. Qadının vəziyyəti ağır olaraq qalır, onun bədəninin böyük hissələri yanıb". (AZXEBER)
 

Xəbər lenti