Xəzər Xəbər

Rusiyadan 225 kq qızıl çıxarmaq istəyən ermənilər saxlanılıb

Dünya | 15:52 • 18 Avqust 2022
Rusiyadan 225 kq qızıl çıxarmaq istəyən ermənilər saxlanılıb

Ermənistan vətəndaşları Rusiyadan 225 kiloqram qızıl aparmağa cəhd göstəriblər.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, üç Ermənistan vətəndaşı 225 kiloqram qızılı Rusiya sərhədindən keçirərkən saxlanılıb. İlkin hesablamalara görə, aşkar edilən qızılın dəyəri 770 milyon rubl (təxminən 13 milyon dollar) təşkil edir.

Moskva aeroportunda saxlanılan qaçaqmalçılar hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xəbər lenti