Xəzər Xəbər

Meymunçiçəyinə yoluxan kişinin burnu çürüməyə başladı FOTO

Hadisə Almaniyada baş verib
Dünya | 15:25 • 18 Avqust 2022
Meymunçiçəyinə yoluxan kişinin burnu çürüməyə başladı
Almaniyada yaşayan və adı açıqlanmayan 40 yaşlı kişinin meymunçiçəyinə yoluxduqdan sonra burnu çürüməyə başlayıb.
 
Xezerxeber.az xəbər verir ki, HİV və sifilis diaqnozu qoyulan adamın meymunçiçəyi xəstəliyinə tutulduqdan sonra vəziyyətinin pisləşdiyi bildirilib. Alman və İngiltərə mətbuatında çıxan xəbərlərdə 40 yaşlı kişinin burnunda qırmızı ləkələr əmələ gəldiyi, 3 gün sonra isə burnunun rənginin qaraldığı bildirilib.
 
Bədəninin digər nahiyələrində də səpgiləri olan adam burnundakı yaranın ağrı verdiyini dilə gətirib. Təcili xəstəxanaya yerləşdirən xəstənin vəziyyəti tədricən yaxşılaşmağa başlayıb.
 
Alman həkimlər qeyd edib ki, HİV-ə yoluxması və bədənində oxşar xəstəliklər olması səbəbindən immun sistemi pisləşib. Ona görə də xəstəlik çox şiddətli və ağır gedir. Səlahiyyətlilər həmçinin bildiriblər ki, kişinin qanında ağ qan hüceyrələrinin səviyyəsi çox aşağı olub və toxumalar ölməyə başlayıb. (publika.az)

Xəbər lenti