Ermənistanda avqustun 17-də - “Surmalu” hadisəsinə görə matəm günündə atəşfəşanlıq edilib. Hadisə Ərəbkir inzibati rayonunda qeydə alınıb.
Bu barədə Ermənistan polisinin mətbuat xidməti xəbər verib.
Bildirilir ki, hadisə ilə əlaqədar əcnəbi vətəndaş saxlanılaraq cərimələnib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələrin saxlandığı boş qutunu göstərib və matəm barədə xəbərinin olmadığını deyib.
Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 17 nəfər ölüb, 62 nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.
Bununla əlaqədar Ermənistanda 17 və 18 avqust tarixlərində matəm elan edilib. (oxu.az)