Xəzər Xəbər

Məşhur alimin avtomobili satışa çıxarılır

Dünya | 10:39 • 14 Avqust 2022
Məşhur alimin avtomobili satışa çıxarılır

Mərhum fizik Stiven Hokinqin şəxsi avtomobili Britaniyanın Silverstone hərracında satışa çıxarılır.

Xezerxeber.az xəbər verir ki, tanınmış alim 1995-ci ildə öz toyunda “Volkswagen Caravelle GL 112” mikroavtobusundan istifadə edib.

1988-ci il istehsalı olan avtomobil 112 at gücünə malik 2,1 litrlik benzin mühərriki ilə təchiz edilib. Onun yürüş məsafəsi 145 min km-dir.

Hərrac avqustun 27-də keçiriləcək.

Qeyd edək ki, Hokinq 2018-ci ilin martında 76 yaşında vəfat edib.

Xəbər lenti