Xəzər Xəbər

İsveç və Finlandiyanın NATO-ya qəbulu haqqında protokol bu tarixdə imzalanacaq

Dünya | 17:10 • 30 İyun 2022
İsveç və Finlandiyanın NATO-ya qəbulu haqqında protokol bu tarixdə imzalanacaq

NATO rəhbərliyi İsveç və Finlandiyanın alyansa daxil olması haqqında protokolu iyulun 5-də imzalayacaq.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Biz qəbul barədə protokolun rəsmi imzalanmasını çərşənbə axşamı günü Finlandiya və İsveç XİN başçılarının iştirakı ilə keçirəcəyik”, - Baş katib belə deyib. O, həmçinin qeyd edib ki, NATO liderləri bu ölkələri alyansa dəvət etmək qərarını iyunun 29-da, təşkilatın sammitində qəbul ediblər.

İyunun 28-də Türkiyə İsveç və Finlandiyanın NATO-ya dəvət edilməsinə qarşı etirazını geri götürüb.

İndi tərəflər qəbulun şərtlərini razılaşdırmalıdır. İsveç və Finlandiya alyansa o vaxt qəbul edilə bilər ki, NATO üzvü olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etsinlər.

Xəbər lenti