Xəzər Xəbər

Bu ölkə meymunçiçəyini nəzarətdə saxlaya bilmir - Yoluxma artır

Dünya | 16:58 • 23 İyun 2022
Bu ölkə meymunçiçəyini nəzarətdə saxlaya bilmir - Yoluxma artır

Böyük Britaniyada meymunçiçəyi virusu nəzarət altına alına bilmir.

COVID-19-un təsirləri tam aradan qalxmasa da, dünyada eşidilməyə başlayan meymunçiçəyi virusu bir çox ölkədə yayılmaqdadır.

Keçən ay ilk yoluxmalar aşkar edildikdən sonra, təkcə İngiltərədə 500-dən çox təsdiqlənmiş yoluxma ilə rəqəmlər durmadan artıb. 

İngiltərədəki Şərqi İngiltərə Universitetinin professoru Paul Hunter vəziyyətin nəzarət altına alına bilmədiyini deyib:

"Hazırda mövcud epidemiyanın nəzarət altında olduğuna dair heç bir aydın sübut yoxdur".

Xəstəliklərin sayı üçrəqəmli olsa da, virusa yoluxma riski az olsa da, təmasların izlənməsi virusun yayılmasının qarşısını ala bilməyib.

Qeyd edək ki, COVİD-19-dan fərqli olaraq, meymunçiçəyi o qədər də asanlıqla yayılmır. Virus dəri ilə təmasda və ya bir insandan digərinə keçən böyük damcılarla ötürülür./azxəbər

Xəbər lenti