Xəzər Xəbər

Ailə faciəsi: 15 yaşlı oğul atasını başından güllələdi

Dünya | 16:43 • 16 May 2022
Ailə faciəsi: 15 yaşlı oğul atasını başından güllələdi

15 yaşlı oğlan mübahisə etdiyi atasını tapança ilə başından vuraraq qətlə yetirib.

Hadisə Malatya şəhərinin Yeşilyurt rayonu Mələkbaba məhəlləsində baş verib.

Ailəsi ilə birlikdə həmin məhəllədə yaşayan  43 yaşlı Mehmet Ş. ilə oğlu Ö.Ş. arasında mübahisə yaranıb.

Mübahisə zamanı 15 yaşlı Ö.Ş., atasına məxsus tapança ilə Mehmet Ş.-nin başına iki dəfə atəş açıb. Aldığı güllə yarasından Mehmet Ş. O, elə hadisə yerində dünyasını dəyişib.

Ailə üzvləri polisə xəbər verdikdən sonra O.S. silahı polisə təhfil verərək təslim olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir./Ölkə.Az

Xəbər lenti