Xəzər Xəbər

Lukaşenkodan SENSASİON AÇIQLAMA: KTMT ölkələri bir-bir...

Lukaşenko: Bizi təklikdə məhv edəcəklər, təcili bunu etməliyik
Dünya | 16:50 • 16 May 2022
Lukaşenkodan SENSASİON AÇIQLAMA: KTMT ölkələri bir-bir...

“Qərbin KTMT-yə təzyiqinin əsas günahkarlarından biri də elə özümüzük. Buna biz özümüz şərait yaradırıq. Əgər NATO və Avropa Birliyi kimi bir olub, hadisələrə operativ mövqe sərgiləyə bilsək, o zaman heç bir qüvvə bizə təzyiq edə bilməz və indiki xoşagəlməz vəziyyətlə üz-üzə qalmazdıq”.

XəzərXəbər xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Avropada hansı ölkə kollektiv qərara səs verməyəndə ona təzyiqlər edilir. 

“Odur ki, biz də mövqelərimizi möhkəmləndirməliyik və eyni mövqedən çıxış etməliyik. Bir olsaq kimsə bizə qarşı belə təzyiqlər edə bilməz. Əgər Rusiya KTMT-də olmasaydı sabah biz olmayacağıq. Bizi təklikdə məhv edəcəklər. Odur ki, təcili olaraq NATO, Avropa Birliyi kimi bir olmalıyıq və proseslərə çevik reaksiya verməliyik. Daha Rusiya NATO ilə təkbaşına mübarizə aparmamalıdır”, - o deyib.

Lukaşenko əlavə edib ki, KTMT beynəlxalq arenada da öz mövqeyini möhkəmləndirməlidir: “Mövqeyimizi birləşdirib, bir olsaq, o zaman təşkilatın ömrü uzun olacaq”.

Xəbər lenti