Xəzər Xəbər

Ağ Ev rəhbəri: Putin müharibə istəmir

Dünya | 10:05 • 20 Yanvar 2022
Ağ Ev rəhbəri: Putin müharibə istəmir

ABŞ Prezidenti Cozef Bayden əmindir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir.

Bu barədə “RİA Novosti” xəbər verir.

“Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir”, - Bayden mətbuat konfransında deyib.

Bayden Putinlə söhbət zamanı bir-birini başa düşdüklərini vurğulayıb.

ABŞ prezidenti rusiyalı həmkarı ilə yeni sammitin keçirilməsi imkanları barədə düşündüyünü bildirib.

"Bəli, mən əvvəlki kimi belə imkanın olduğuna inanıram", - Bayden mətbuat konfransında iki ölkə nümayəndələri arasında Ukrayna ilə bağlı böhranın aradan qaldırılması üçün açarların tapılmasına həsr olunmuş diplomatik müzakirələrin gedişatını şərh edərkən deyib./report

Xəbər lenti