Xəzər Xəbər

Əbu-Dabidə neft tankerlərində partlayış baş verib

Dünya | 14:15 • 17 Yanvar 2022
Əbu-Dabidə neft tankerlərində partlayış baş verib

Əbu-Dabi Milli Neft Şirkətinin tankerlərində partlayış və yeni aeroportda yanğın baş verdiyi bildirilir.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM agentliyinin Əbu-Dabi polis departamentinə istinadla verdiyi məlumata görə, partlayış pilotsuz uçuş aparatlarının endirdiyi zərbə nəticəsində baş verib. Hazırda təhqiqatın davam etdirildiyi bildirilir.

“Əl Ərəbiyə” telekanalı Reuters agentliyinə istinadla dron hücumunun Yəməndəki Husilər tərəfindən həyata keçirildiyini bildirib. İnsan tələfatı barədə məlumat verilməsə də, partlayışın ağır fəsadlar törətmədiyi qeyd olunur. (AZƏRTAC)

Xəbər lenti