Xəzər Xəbər

NATO Türkiyə və Ermənistana çağırış etdi

Dünya | 15:35 • 15 Yanvar 2022
NATO Türkiyə və Ermənistana çağırış etdi

NATO regionda sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Tvitter səhifəsində yazıb.

“Biz rəsmi Ankara və İrəvanı bu istiqamətdə səyləri artırmağa çağırırıq”, - H.Kolomina bildirib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib./Publika.az 

Xəbər lenti