Xəzər Xəbər

Vəziyyətin gərginləşməsi bütün dünya üçün fəlakət olar - Quterreş

Dünya | 22:34 • 13 Yanvar 2022
Vəziyyətin gərginləşməsi bütün dünya üçün fəlakət olar - Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Federasiyası ilə ABŞ və NATO arasındakı dialoqu kritik hesab etdiyini bildirib.

Baş katib TASS-ın sualını cavablandırarkən müvafiq bəyanatla çıxış edib.

“Əlbəttə, hər kəs gərginliyin hazırkı eskalasiyasından narahatdır. Rusiya Federasiyası, ABŞ və NATO arasında gərginliyin azaldılması və bu və ya digər qarşıdurmanın qarşısını almaq üçün çox vacibdir”,- deyə Quterreş vurğulayıb.

BMT baş katibinin fikrincə, vəziyyətin gərginləşməsi Avropa və bütün dünya üçün fəlakət olar. O bildirib ki, dialoq prosesində gərginliyi azaltmaq üçün bir yol tapmaq lazımdır.

Xatırladaq ki, bazar ertəsi Cenevrədə təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər üzrə Rusiya-ABŞ məsləhətləşmələri keçirilib. Çərşənbə günü Brüsseldə Rusiya-NATO Şurasının iclası, cümə axşamı isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.

Xəbər lenti