Xəzər Xəbər

KTMT sülhməramlıları Qazaxıstanı tərk etdi

Dünya | 08:58 • 14 Yanvar 2022
KTMT sülhməramlıları Qazaxıstanı tərk etdi

Kollektiv Təhlükəsizlik Mmüqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.

Bu barədə TASS məlumat yayıb.

Ermənistandan olan hərbi bölmələr nəqliyyat vasitələrini və şəxsi heyəti Rusiyanın Aerokosmik Qüvvələrinin üç İl-76 hərbi-nəqliyyat təyyarəsinə yükləyərək Almatı aerodromundan havaya qalxıb.

Öz növbəsində tacik hərbçiləri də tətil günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantları da götürərək Rusiyaya məxsus bir İl-76 təyyarəsinə miniblər.

Qırğızıstan sülhməramlıları isə mühafizə etdikləri Almatı İES-2-nin ərazisindən öz konvoyunda dövlətlərinin sərhədinə doğru yola düşüblər. Onlar Qırğızıstan ərazisinə qədər təxminən 250 km qət etməlidirlər.

Daha əvvəl isə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Belarus sülhməramlılarının olduğu 10 təyyarənin Qazaxıstandan Minsk vilayətinə səmaya qalxdığını xəbər verib./publika.az

Çox oxunanlar